EN

Pensiya yaşına 2 il qalmış vətəndaşın işdən çıxarılması qadağan edilə bilərVİDEO

Pensiya yaşına 2 il qalmış vətəndaşın işdən çıxarılması qadağan edilə bilər.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı təklif Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında səsləndirilib.

Deputat Vüqar Bayramov bildirib ki, pensiya yaşına az qalmış məşğul şəxslərin də əmək hüquqlarının qorunması mühümdür.

Millət vəkili bu məsələ ilə bağlı dünya praktikasındakı yanaşmalara da toxunub.

Vüqar Bayramov onu da vurğulayıb ki, məsələ növbəti iclaslarada Əmək Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapa bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
7
1
xezerxeber.az

2Sources