EN

"Qarabağ"ı uğura daşıyan İMMUNİTET

Çempionlar Liqasında çıxış edəcək "Qarabağ" klubu bir neçə gündü kütləvi linç edilir.

Qığılcım da "tik-tok" platformasındakı həvəskar dəstədən qaynaqlanır. Nə tez unuduldu cəmi bir neçə həftə əvvəl avrokuboklarda yaşanan "Araz Naxçıvan" faciəsi, "Zirə", "Sabah" fiaskosu?

Axı ÇL vəsiqə qazanan komanda yox, çox yaxşı büdcəsi, keyfiyyətli heyəti olan digər adını çəkdiyim klublar tənqid olunmalıdır.

Ki, niyə Biləcəridən o yanda üzümüzü qara edib geri qayıtdınız?

Yoxsa o adlarda "əppək" yoxdur?

"Qarabağ" üzərindən saxta vətənpərvərlik, "Qarabağ" şüvənlik daha çox baxış, bəyənmə gətirir eləmi?

Başadüşüləndir.

Siz də başa düşün ki, hər şeyi pula, reytinqə satmaq olmaz.

"Qarabağ" kimi milli dəyəri, sərvəti isə heç olmaz.

Bu klub illərdi ölkə futbolunun yükünü çiyinlərində təkbaşına daşıyır. Bəs əvəzi?

Əslində başverənlər Ağdam təmsilçisinin gördüyü işə kölgə salmır, onun miqyasını böyüdür.

Belə bir toplumun içindən ÇL-ə qədər uzanmaq hardan baxsaq dəhşətli bir şeydir. Mümkünsüzün gerçəkləşməsidir.

"Qarabağ"ın bunu bacarmasının qayəsində bu insanlara qarşı özündə güclü immunitet formalaşdırmasıdır.

Bu günün, dünənin işi deyil, illərə söykənir.

Əminəm ki, yaranmış mənzərəyə Qurban Qurbanov, klub rəhbərliyi sadəcə gülüb keçir.

Vallah qınamıram da, gülməlidir.

Söhbət içində ağlamaq gizlənən dəhşətli gülməkdən gedir.

XANOĞLAN İMANOV

Chosen
17
sportinfo.az

1Sources