Avropalı müttəfiqlər Polşanın hava məkanının pozulması ilə bağlı insidentdən sonra Varşavaya respublikanın hava hücumundan müdafiəsini gücləndirmək təklifini veriblər.
Operativ Media xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk NATO-nun Baş katibi Mark Rutte və bir sıra Avropa dövlətlərinin liderləri ilə danışıqlarının yekununda bildirib.
“Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keir Starmer, Ukrayna Prezidenti Volodimir Zelenski, İtaliyanın Baş naziri Corciya Meloni, Almaniya kansleri Fridrix Merz, Hollandiyanın Baş naziri Dik Şoff və NATO-nun Baş katibi Mark Rutte ilə bugünkü söhbətlər zamanı mən təkcə Polşa üçün deyil, həm də hərtərəfli dəstəyimizi, ölkənin hava hücumundan müdafiəsi ilə bağlı bütün ciddi təklifləri aldım”, – Tusk yazıb.