EN

“Hərbi Münaqişələrin Ətraf Mühitə Təsiri” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 10 sentyabr, AZƏRTAC

Bakıda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Hərbi Münaqişələrin Ətraf Mühitə Təsiri” mövzusunda beynəlxalq konfransın açılış mərasimi baş tutub.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Qərbi Kaspi Universiteti, Gürcüstanın Tbilisi Dövlət Universiteti, Türkiyənin Ege Universiteti, Özbəkistanın Karşı Dövlət Universiteti və Fövqəladə Hallar Nazirliyinin Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib. Konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində AMEA-nın vitse-prezidenti, konfransın həmsədri, akademik Rasim Əliquliyev çıxış edərək tədbirin elmi və strateji əhəmiyyətini vurğulayıb:

“Məhz bu konfransın açılış mərasimində toplaşaraq, elmi ictimaiyyətin diqqətini münaqişələrin ətraf mühitə təsirinə yönəltmişik. Müxtəlif sessiyalar çərçivəsində aparılacaq müzakirələr, gələcəkdə bu istiqamətdə fəaliyyətin əlaqələndirilməsinə, ölkədaxili və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə zəmin yaradacaqdır”.

Ardınca Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü professor İslam Mustafayev tədbirin məqsədini açıqlayaraq qeyd edib:

“Konfransın əsas məqsədi münaqişə bölgələrində ətraf mühitə dəyən zərərlərin elmi əsaslarla araşdırılması, ekoloji fəsadların qiymətləndirilməsi və onların aradan qaldırılması yollarının müəyyənləşdirilməsidir. Təqdim olunacaq məruzələr tamamilə elmi xarakter daşıyır və siyasi müzakirələrdən kənar saxlanılacaq”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
1
azertag.az

2Sources