EN

"İsraili qınayan dövlətlər UTANSIN, indi bizdə "11 sentyabr"dır..."

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Dünən Dohada HƏMAS nümayəndə heyətinin görüşü zamanı həyata keçirilən bombalı hücum bütün dünyanı silkələyib.

Bakupost.az Müsavat.com-a istinadla xəbər verir ki, hücum nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Hadisə, Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə aparılan danışıqlar fonunda baş verib və prosesi tamamilə iflasa uğradıb.

İsrailin baş naziri Benyamin Netanyahu indilərdə bu hadisə ilə bağlı sərt açıqlama ilə çıxış edərək bildirib:

“Mən Qətərə və terrorçuları gizlədən bütün ölkələrə müraciət edirəm: ya onları qovun, ya da məhkəməyə verin — əks halda bunu biz edəcəyik. Biz 11 sentyabrdan sonra Amerikadan heç nə ilə fərqlənmirik. İsraili qınayan ölkələr utanmalıdır.”

Netanyahu daha sonra deyib: "Ölkələr İsrailin Qətərdə HƏMAS-ı hədəfə almasını alqışlamalıdır. Onlar ABŞ-ın Pakistan və Əfqanıstanda Usamə bin Laden-i hədəf almasını da alqışlamışdılar".

Bu bəyanat Qətərdəki hücuma görə məsuliyyəti dolayısı ilə üzərindən atmağa yönəlik kimi dəyərləndirilsə də, Netanyahunun ritorikasından görünür ki, Təl-Əviv bu xəttdən geri çəkilmək niyyətində deyil. Əksinə, hücumları davam etdirəcəyini açıq şəkildə ifadə edir.

Xatırladırıq ki, hadisədən dərhal sonra BMT, Türkiyə, ABŞ, Avropa İttifaqı və bir sıra ölkələr hücumu pisləyən açıqlamalar verdilər. Rəsmi Vaşinqton bəyan etdi ki, danışıqların pozulması bölgədə gərginliyi daha da artırır və bu addım qəbulolunmazdır. BMT isə tərəfləri dərhal təmkinli olmağa və atəşkəsi qorumağa çağırdı.

Doha hadisədən sonra rəsmi münasibətini açıqlayaraq həm ABŞ-ı, həm də İsraili xəyanətdə suçladı. Qətərin xarici işlər naziri bildirdi ki, tərəflər əvvəlcədən Dohada olan HƏMAS liderlərinə toxunmayacaqlarına söz vermişdilər:

“Onlar Qətərə gəlmişdilər ki, ABŞ-ın təklifini müzakirə etsinlər və kompromisə razı olsunlar. Amma bu hücum vasitəçilik prosesini tamamilə pozdu.”

Beləliklə, bölgədə vasitəçilik səyləri sarsılıb. İsrail isə beynəlxalq qınaqlara baxmayaraq, bu cür əməliyyatları davam edəcəyini elan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
1
www.bakupost.az

2Sources