EN

Tarixi Sinxha Durbara sarayı külə döndü - VİDEO

Musavat.com xəbər verir ki, Nepalın paytaxtı Katmanduda baş verən iğtişaşlar zamanı hökumət ofislərinin yerləşdiyi Sinxha Durbara sarayı tamamilə yanaraq məhv olub.

Məlumata görə, bu bina Asiyanın ən böyük sarayı hesab olunurdu və içində təxminən 2 min otaq var idi. Saray 1908-ci ildə baş nazir Çandra Şumşer tərəfindən şəxsi iqamətgah kimi inşa etdirilsə də, daha sonra tikinti genişləndirilərək hökumət binasına çevrilmişdi. Çandra Şumşer sarayı tikintidən dərhal sonra 20 milyon Nepal rupi müqabilində dövlətə satmışdı.

Uzun illər ərzində burada parlamentin hər iki palatası, 20 nazirlik, eləcə də dövlət qurumları fəaliyyət göstərib. Binada həmçinin Nepal Radiosunun və Nepal Televiziyasının qərargahları da yerləşirdi.

India Today yazır ki, son iğtişaşlar nəticəsində ümumilikdə 1 033 nəfər xəsarət alıb, ölənlərin sayı isə 30 nəfərə çatıb.

Nepal tarixində ən simvolik binalardan biri sayılan Sinxha Durbara sarayının yanaraq məhv olması ölkədə böyük sarsıntı yaradıb. 

 

Musavat.com

Chosen
4
4
musavat.com

5Sources