EN

Siyarto: Ukraynanın “Drujba” neft kəmərinə hücumları Rusiyaya deyil, Macarıstana zərər vurur

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Ukraynanın “Drujba” neft kəmərinə hücumları Rusiyaya deyil, Macarıstan və Slovakiyaya zərər vurur.APA xəbər verir ki, bu fikri Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Belarusun “Birinci informasiya” telekanalına müsahibəsində deyib.

“Bizim dənizə çıxışımız yoxdur, bu isə o deməkdir ki, neft və qaz tədarük yollarımız məhduddur və idxaldan asılıyıq. Kim ki neft kəmərinə hücum edir, bizim təhlükəsizliyimizə, suverenliyimizə hücum edir. Biz dəfələrlə Ukraynadan xahiş etmişik ki, bunu etməsin. "Drujba"ya hücumlar Rusiyaya deyil, Macarıstana və Slovakiyaya zərər verir”, – deyə nazir bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
2
apa.az

3Sources