EN

Türkmən qazı da Zəngəzur dəhlizindən KEÇƏCƏK

Mərkəzi Asiya, Xəzər hövzəsi, Azərbaycan və Ermənistanı Türkiyəyə birləşdirəcək Zəngəzur dəhlizi həm regionun ticarət, həm də enerji təhlükəsizliyi baxımından strateji layihə kimi dəyərləndirilir.

News24.az-ın məlumatına görə, "Anadolu" agentliyində dərc edilən məqalədə bildirilir, dəhliz Orta Dəhlizin əsas hissəsi olaraq Türkiyənin Avrasiyada enerji və logistika mərkəzinə çevrilməsi prosesini sürətləndirəcək.

Avqust ayında Qars–İğdır–Aralıq–Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimi ilə dəhlizin praktiki addımları atılıb. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu layihənin yalnız Türkiyə deyil, bütün Cənubi Qafqaz və Avrasiyanın gələcəyi üçün strateji əhəmiyyət daşıdığını bildirib.

ODTÜ professoru Oktay Tanrıseverin sözlərinə görə, Zəngəzur dəhlizi Xəzər enerji resurslarını Türkiyə və Avropa bazarlarına çatdırmaq üçün ən qısa marşrutdur. Onun fikrincə, layihənin strateji əhəmiyyəti həm tranzit ölkələrin sayının azalması, həm də Rusiyanın təsir dairəsindən daha uzaq olması ilə bağlıdır:

“Dəhliz gələcəkdə neft, qaz və elektrik ötürülməsi üçün istifadə edilə bilər. Amma bunun üçün təhlükəsizlik təmin olunmalı və siyasi sabitlik güclənməlidir.”

Tanrısever əlavə edib ki, Avropa İttifaqı və ABŞ dəhlizi Rusiyadan asılı olmayan enerji marşrutu kimi gördükləri üçün siyasi dəstək verirlər. Lakin konkret enerji xətlərinin istifadəyə verilməsi üçün ən azı 3–5 il vaxt lazım ola bilər. (Modern.az)

Chosen
73
2
news24.az

3Sources