Bakı. Trend:
“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.
Trend xəbər verir ki,“Qırmızı-qaralar” Kamerun əsilli fransalı yarımmüdafiəçi JondoFuxsu transfer edib. 27 yaşlı futbolçu ilə 1 illik müqaviləimzalanıb. Fuxs karyerasına Fransanın “Soşo” klubunda başlayıb.Daha sonra İspaniya təmsilçisi “Alaves”ə transfer olunan futbolçuİsrail klubu “Makkabi Hayfa”nın da formasını geyinib. Şotlandiyada“Dandi Yunayted”, İngiltərədə isə “Piterboro Yunayted”in heyətindəçıxış edən Fuxsun son klubu İsrail təmsilçisi “Bney Sahnin”olub.
Jondo Fuxs, həmçinin Fransanın U-19 və U-20 milli komandalarınınşərəfini qoruyub. O, Kamerunun əsas millisinin heyətində 2 oyunaçıxıb.
Qeyd edək ki, “Qəbələ” bunadək Rüfət Əhmədov, Salihu Nasiru,Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel BaLoua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə qatıb.