EN

Qətər baş naziri: Netanyahu beynəlxalq məhkəmədə cavab verməlidir

Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Əl Tani İsrailin baş naziri Binyamin Netanyahunun beynəlxalq hüquq normalarını pozduğunu və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mühakimə olunmalı olduğunu bildirib.

Əl Tani CNN-ə verdiyi müsahibədə qeyd edib ki, BCM artıq Netanyahunun həbsinə dair order çıxarıb:
“Netanyahu məhkəmə qarşısında cavab verməlidir. O, beynəlxalq qanunları pozduğu halda başqalarına hüquq dərsi oxumağa çalışır”, – deyə Qətər baş naziri əlavə edib.

Onun fikrincə, Netanyahunun davranışı digər Yaxın Şərq ölkələrinə də təhlükə yaradır və beynəlxalq hüquq çərçivəsində məsuliyyət daşımalıdır.

//Samir Qurbanov, Editor.az

Chosen
12
editor.az

1Sources