EN

Hərbi xidmət müddətini 6 ay azaltmaq təklif edilir - Ermənistanda...

Ermənistan Müdafiə Nazirliyi mülki hərbi xidmət müddətinin 2 ildən 1 il 6 aya endirilməsini nəzərdə tutan layihə hazırlayıb.


Layihə "e-draft.am" saytında dərc edilib və müzakirəyə çıxarılacaq.


Hərbi xidmətə çağırılanların sayının müqavilə əsasında xidmət edən hərbçilərin sayının artırılması ilə azaldılması planlaşdırılır.


Təşəbbüsün 2026-cı ilin yay çağırışından tətbiq olunması nəzərdə tutulur./APA

Tarix: 10 Sentyabr 2025, 23:48   
Chosen
64
13
pravda.az

10Sources