EN

İsrailin Dohaya hücumuna cavab veriləcək - Qətər

İsrailin Dohada HƏMAS rəhbərlərinə qarşı həyata keçirdiyi hücuma cavab veriləcək.

Publika.az xəbər verir ki, bunu "CNN"ə müsahibəsində Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani bəyan edib.

Al Taninin sözlərinə görə, İsrailin hücumu nəticəsində qətərli rəsmilər də yaralanıb və onların vəziyyəti ağırdır.

O bildirib ki, cavab tədbirləri bölgə tərəfdaşları ilə müzakirə ediləcək. Bu istiqamətdə yaxın günlərdə Dohada zirvə görüşünün keçirilməsi nəzərdə tutulur.

Chosen
21
5
publika.az

10Sources