EN

Ukraynada müharibəni bitirmək çətindir

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Mən daha əvvəl Rusiyanın Ukraynaya qarşı müharibəsini tez bir zamanda bitirə biləcəyimə inanırdım. Ancaq məlum oldu ki, bunu etmək o qədər də asan deyil" .

Milli.Az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp müsahibəsində deyib.

ABŞ prezidenti bir daha bəyan edib ki, ikinci prezidentlik müddəti başlayandan bəri, o, yeddi müharibəni bitirə bilib. Onun sözlərinə görə, bu müharibələrdən bəzilərinin ömrü 30 ildən çox olub.

Tramp etiraf edib ki, o, əvvəllər Vladimir Putinlə yaxşı anlaşdığı üçün Rusiyanın Ukraynaya qarşı müharibəsini həll etməyin onun üçün çox asan olacağına inanırdı:

"Əslində çox təəccüblənirəm. Mən dedim ki, bu iş kifayət qədər tez həll olunacaq. Amma bu, mürəkkəbdir. Putinlə Zelenski arasında böyük nifrət var. Bildiyiniz kimi, böyük düşmənçilik var və çoxlu qan tökülüb", - Tramp deyib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
5
news.milli.az

8Sources