EN

Astronomlardan maraqlı kəşf: Kosmosda ulduzu "yeyən" müəmmalı obyekt aşkar edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Astronomlar ilk dəfə "özü üçün ziyafət təşkil edən" ağ cırtdan ulduz kəşf ediblər. Yerdən 10 min işıq ili uzaqlıqda yerləşən "V Sagittae" adlı ağ cırtdan ulduz özündən daha böyük səma cisminin maddəsini "udur".
Oxu.Az xəbər verir ki, bununla bağlı araşdırma "Royal Astronomical Society" (MNRAS) jurnalında dərc olunub.
Bu qarşılıqlı əlaqə gözqamaşdırıcı parıltı ilə müşayiət olunur və astronomlar onu Çilidəki Avropa Cənub Rəsədxanasının teleskopundan istifadə edərək müşahidə ediblər.
Tədqiqatçılar, həmçinin hər iki ulduzu əhatə edən qaz halqasını aşkar ediblər. "Bu parlaq qaz halqası göstərir ki, qoşa ulduz sistemini ömrünün son mərhələlərini yaşayır və fəlakətli finala doğru gedir", - deyə tədqiqatın rəhbəri, Turku Universitetindən doktor Pasi Hakala qeyd edib.
Chosen
32
oxu.az

1Sources