ABŞ-da mühafizəkar siyasi fəal Çarli Kirkin güllələnməsi ilə əlaqədar Prezident Donald Tramp ölkədə bayraqların yarıya qədər endirilməsini əmr edib.
APA xəbər verir ki, bu barədə o, “Truth” sosial şəbəkəsində elan edib. Bayraqlar sentyabrın 13-ü yerli vaxtla saat 18:00-a kimi endirilmiş vəziyyətdə qalacaq.
Qeyd edək ki, Donald Trampın tərəfdarı olan 31 yaşlı siyasi fəal Utah Valley Universitetində çıxışı zamanı güllələnib. Hadisədə şübhəli bilinən şəxs bir neçə saat sonra saxlanılıb. Yuta ştatı qubernatoru Spenser Koks hadisənin siyasi sui-qəsd adlandırıb.