BAKI, 11 sentyabr. TELEQRAF
Meksikanın paytaxtı Mexikoda qaz sisterninin partlaması nəticəsində azı 57 nəfər xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə şəhərin meri Klara Bruqada bildirib.
“İlkin versiyaya görə, 49,3 min litr həcmində qaz sisterni aşıb. Hadisənin dəqiq səbəbləri prokurorluq tərəfindən müəyyən ediləcək. Qaz sisterni aşdıqdan sonra bir neçə partlayış baş verib. Nəticədə 57 nəfər xəsarət alıb və müxtəlif xəstəxanalara yerləşdirilib", - mer “X” sosial şəbəkəsində paylaşdığı videomüraciətində deyib.
Bundan başqa, 18 avtomobilin zədələndiyi bildirilir.
“Xəsarət almış 19 nəfərin vəziyyəti ağırdır. Təxliyə üçün helikopterlərdən, təcili yardım maşınlarından və hadisə yerinə gələn bütün təcili yardım xidmətlərinin qüvvələrindən istifadə edilib", - o əlavə edib.