Polşa ölkənin hava məkanına pilotsuz uçuş aparatlarının (PUA) daxil olması ilə bağlı BMT-yə Təhlükəsizlik Şurasının iclasının keçirilməsi üçün müraciət göndərib.
Bu barədə sentyabr ayında Təhlükəsizlik Şurasına sədrlik edən Cənubi Koreyanın BMT-dəki Daimi Nümayəndəliyi məlumat yayıb.
“Polşa iclasın keçirilməsi üçün müraciət edib. Onun keçirilmə tarixi ilə bağlı müzakirələr aparılır”, – deyə daimi nümayəndəliyin mətbuat xidməti jurnalistlərə bildirib.
Xatırladaq ki, sentyabrın 10-da Polşa Rusiya PUA-larının Ukraynaya qarşı genişmiqyaslı hücum zamanı ölkənin hava məkanını pozduğunu açıqlamış və onları vurmuşdu.