EN

Medvedev Kirkin qətli ilə Ukraynaya dəstək arasında əlaqə olduğunu deyib

Mühafizəkar siyasətçi Çarli Kirkin ölümündən sonra ABŞ prezidenti Donald Trampın komandası başa düşməlidir ki, Vaşinqton Ukraynanı dəstəkləməklə qətllərə dəstək verir...

Poliqon xəbər verir ki, bu barədə özünün X sosial şəbəkəsindəki səhifəsində Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

O, qeyd edib ki, son vaxtlar siyasi cinayətlər və qətllər “Banderanın Kiyevini” dəstəkləyən müxtəlif növ “sol-liberal pisliklər” tərəfindən törədilir. Medvedev Kirk və Slovakiyanın baş naziri Robert Fikodan sonra hansı siyasətçinin növbəti hücum qurbanı olacağını soruşub.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb ki, Tramp komandasının Ukraynaya dəstək verməklə, qatilləri dəstəklədiklərini anlamaq vaxtıdır.

Sentyabrın 11-də Tramp Utah Valley Universitetində çıxışı zamanı öldürülən 31 yaşlı ifrat sağçı fəal Kirkin ölümünü təsdiqləyib. Polisin məlumatına görə, atəş yaxınlıqdakı kampusun damından açılıb. Qatil hələ də azadlıqdadır və FTB araşdırma aparır.

Poliqon.info

 

Chosen
4
poliqon.info

1Sources