EN

"Allaha dua edirəm ki, məni övladıma tez qovuşdursun"

Xalq artisti Nazpəri Dostəliyeva verilişlərin birində kövrək anlar yaşayıb.

Milli.Az xəbər verir ki, gənc yaşda olan övladını itirən müğənni yaşadığı hissləri dilə gətirib.

"Hər zaman göz yaşlarımı gizlətməyə çalışmışam, çünki insanlara xoşbəxtlik arzulayan bir sənətkar öz ağrı-acısını insanlara yükləmək istəmir. Hər gün oyananda Allaha dua edirəm ki, məni övladıma tez qovuşdursun.

Biz Allahımıza üsyan etməməliyik. Yenə o səbr mənə gəlir. Susuram, bir müddət özümlə qalıram. Elə olur qapını bağlayıram ki, o vəziyyətimi kimsə görməsin".

Musa
Milli.Az

Chosen
10
1
milli.az

2Sources