"Çox qısqancam. Özümə aid olanı özümünküləşdirirəm. Bu sənətdə olan insan mənimlə olsa, yazıqdır. Məndən başını götürüb qaçar".
Bu sözləri aktrisa Pərvin Abıyeva "Günə uğurla" proqramında deyib. Sənətçi qısqanc olmasından danışıb:
"İnanmıram ki, sənətdə olan adam qısqanclığıma tab gətirə bilər. Danışa, yazışa bilər. Amma mən baxmalıyam ki, kimlə, nə danışır. Sevdiyim adamın hər şeyini görmək istəyirəm. Hələ şou-biznes adamıdırsa, bütün günü yanında gəzərəm".
"Özümə nə istəyirsiniz yazın, deyin. Ailəmə görə hər şey edərəm" deyə, Pərvin əlavə edib.
Milli.az
Tarix: 11 Sentyabr 2025, 07:38