EN

Yəmən İsrail ərazisinə raket atdı

BAKI, 11 sentyabr. TELEQRAF

Yəməndən İsrail ərazisinə raket atılıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) məlumatında deyilir.

Hava hücumundan müdafiə (HHM) vasitələri işə salınıb, ölkənin bir neçə regionunda həyəcan siqnalları verilib.

SAXAL-ın daha sonra yaydığı məlumata görə, İsrail Hərbi Hava Qüvvələri raketi zərərsizləşdirməyə nail olublar.

Chosen
15
teleqraf.com

1Sources