EN

Tramp Çarli Kirkın qətlinə görə günahkarların hamısının cəzalandırılacağını vəd edib

ABŞ prezidenti hadisəni siyasi motivli zorakılıq adlandırıb və məsuliyyətə cəlb olunma ilə bağlı sərt mesaj verib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp sağçı siyasi fəal Çarli Kirkın qətlindən sonra məsuliyyət daşıyan bütün şəxslərin tapılaraq cəzalandırılacağını bəyan edib. Prezident özünün Truth Social platformasında yayımladığı video-müraciətdə bildirib.

"Administrasiyam bu və digər siyasi motivli zorakılıq aktlarına görə günahı olan hər kəsi tapacaq və cavab verməyə məcbur edəcək", deyə Tramp qeyd edib.

Daha əvvəl Tramp ölkə üzrə bütün dövlət binalarında Amerika bayraqlarının yarıya endirilməsi barədə göstəriş vermişdi. ABŞ-nin bir sıra tanınmış siyasi simaları – sabiq prezidentlər Co Bayden və Barak Obama, həmçinin keçmiş prezidentliyə namizəd Kamala Harris də baş vermiş hadisə ilə bağlı öz fikirlərini bölüşüblər.

Məlumata görə, Çarli Kirka Yuta Vadisi Universitetində çıxışı zamanı atəş açılıb. İnternetdə yayılan kadrlarda güllənin onun boğaz nahiyəsinə dəydiyi görünür. Fəal dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisədən bir qədər sonra Donald Tramp Truth Social hesabında Kirkın ölümünü təsdiqləyib.

ABŞ-də geniş rezonans doğuran bu qətl ölkədə siyasi motivli zorakılıq halları ilə bağlı müzakirələri daha da gücləndirib. Tramp isə administrasiyasının bu məsələdə heç bir güzəştə getməyəcəyini xüsusi vurğulayıb.

Poliqon.info

Chosen
41
poliqon.info

1Sources