EN

Fransada məscidlərin qarşısına donuz başlarını kimlər atıb?

Prokurorluq: Hadisəni törədən əcnəbilər ölkəni dərhal tərk ediblər...

Poliqon xəbər verir ki, Fransanın paytaxt prokurorluğu bir neçə şəhərdə məscidlərin qarşısına donuz başlarının atılması ilə bağlı ilkin araşdırma nəticələrini açıqlayıb. Le Figaronun məlumatına görə, prokurorlar hadisənin ölkədə iğtişaş yaratmaq məqsədilə hərəkət edən əcnəbi vətəndaşlar tərəfindən törədildiyini bildirib. Onlar hadisədən dərhal sonra Fransa ərazisini tərk ediblər.

İstintaq zamanı Normandiyadan olan bir fermerin ifadəsi də qeydə alınıb. O, bildirib ki, iki naməlum şəxs ondan on ədəd donuz başı alıb və serb nömrəli avtomobilə bənzər nəqliyyat vasitəsi ilə hərəkət ediblər.

Müşahidə kameralarının qeydlərinə əsasən, həmin şəxslər Parisə avtomobillə daxil olub, bir neçə məscidin qarşısına donuz başlarını qoyublar və daha sonra Belçika istiqamətində sərhədi keçərək ölkəni tərk ediblər.

Qeyd edək ki, İslam dinində murdar hesab olunan donuz başlarından doqquzu ötən çərşənbə axşamı səhəri Paris və ətraf bölgələrdə yerləşən məscidlərin qarşısında aşkarlanıb. Hadisə Fransa müsəlman icmasında ciddi narazılıq və etiraz doğurub.

Poliqon.info

Chosen
29
poliqon.info

1Sources