EN

Çempionlar Liqasının finalı "Atletico Madrid"in stadionunda keçirilə bilər

"Atletico Madrid"in ev stadionu Riyadh Air Metropolitano 2026/27 Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə COPE radiostansiyası məlumat yayıb.

Mənbənin məlumatına görə, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) bu qərarı sentyabrın 11-də icraiyyə komitəsinin iclasından sonra açıqlayacaq.

Metropolitano stadionu 1993-cü ildə tikilib, onun yenidən qurulması 2017-ci ildə başa çatıb. Arena 70 692 tamaşaçı üçün nəzərdə tutulub. 2019-cu ildə "Atletiko Madrid"in ev stadionu artıq Çempionlar Liqasının finalına ev sahibliyi etdi, o zaman kubok uğrunda görüşdə "Liverpul" və "Tottenhem" qarşılaşdı (2:0).

Chosen
13
ucnoqta.az

1Sources