Xocavənd rayonunun Qırmızı Bazar, Xocalı rayonunun isə Şuşakənd kəndinə növbəti köç karvanı yola salınıb.
Musavat.com xəbər verir ki, bu mərhələdə kəndlərə ümumilikdə 98 nəfərdən ibarət 25 ailə köçürülür.
Onlardan 10 ailə (39 nəfər) Qırmızı Bazar, 15 ailə (59 nəfər) isə Şuşakənd kəndində məskunlaşacaq.
Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.