EN

Nepal təhlükəsizlik vəziyyəti yaxşılaşdıqca komendant saatını yumşaldır

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Nepal Ordusu iğtişaşlardan sonra ölkədə təhlükəsizlik vəziyyətinin yaxşılaşması fonunda məhdudiyyət saatlarının azaldığını və şəhərlərdə komendant saatının yumşaldıldığını elan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə ordu qərargahının mətbuata açıqlamasında bildirilir.

Sakinlərə təcili işlərlə bağlı səhər saatlarında - 6:00-dan 10:00-a, axşam saatlarında isə 17:00-dan 19:00-a evlərini tərk etməyə icazə verilir. "Əhalinin təhlükəsizliyini təmin etmək üçün tətbiq edilən komendant saatı və məhdudlaşdırıcı tədbirlər ümumi vəziyyətin yaxşılaşması ilə əlaqədar tədricən yumşaldılır", - deyə ordunun bəyanatında bildirilir.

Bununla belə, vəziyyətin tam stabilləşməsi üçün məhdudiyyətlər qüvvədə qalacağı qeyd edilib. Sentyabrın 9-da etirazlar fonunda hakimiyyət sosial şəbəkələrə qoyulan qadağanı ləğv edib.

Çərşənbə günü "Gen-Z" hərəkatının nümayəndələri Nepal Ordusunun Baş Qərargah rəisi Aşok Rac Siqdel ilə görüşərək müvəqqəti hökumətin qurulmasını müzakirə ediblər.

Müvəqqəti Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə Nepal Ali Məhkəməsinin keçmiş sədri Suşila Karkinin namizədliyi dəstəklənib.

O, bu vəzifəni tutmağa hazır olduğunu açıqlayıb.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
65
icma.az

1Sources