EN

UEFA qərar verdi - Çempionlar Liqasının finalı Bakıda keçirilməyəcək

BAKI, 11 sentyabr. TELEQRAF

UEFA 2027-ci ildə Çempionlar Liqasının finalının keçiriləcəyi məkanla bağlı yekun qərar verib.

Teleqraf “Cope”yə istinadən xəbər verir ki, Avropa futbolunun rəhbər orqanı həlledici matç üçün İspaniyanın “Atletiko Madrid” klubunun stadionu “Metropolitano”nu seçib.

Bu barədə rəsmi təsdiq bu gün Albaniyanın paytaxtı Tiranada təşkil olunan iclasda veriləcək.

Qeyd edək ki, “Metropolitano” stadiony ilə yanaşı UEFA Çempionlar Liqasının 2027-ci ildə keçiriləcək final oyununa ev sahibliyi etməyə Bakı Olimpiya Stadionu da namizəd idi.

Chosen
26
teleqraf.com

1Sources