Dünya bazarında Azərbaycan neftinin son satış qiyməti bəlli olub.
Operativ Media birjalara istinadən xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,32 ABŞ dolları və ya 0,5% artaraq 69,02 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, "Azeri Light" markalı neftin əvvəlki qiyməti 68,70 ABŞ dolları təşkil edib.