Bakı. Trend:
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsiistiqamətində mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə verilən məlumatagörə, sentyabrın 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının“Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinindağlıq və sıx meşəlik hissəsində istiqaməti itirərək İrandanAzərbaycana keçən İran vətəndaşları – 2002-ci il təvəllüdlü SadeqNecat Muhammed Reza Ruhullah və 2000-ci il təvəllüdlü Sadeq NecatƏmirhüseyn Ruhullah sərhədçilər tərəfindən saxlanılıblar.
Araşdırma aparıldıqdan sonra qeyd olunan şəxslər rəsmi qaydadamüqabil tərəfə təhvil verilib.