EN

Azərbaycanla oyuna görə Rebrovu tənqid etdilər: Onun yerində olsaydım, çoxdan istefa vermişdim

BAKI, 11 sentyabr. TELEQRAF

Ukrayna millisinin sabiq futbolçusu Viktor Leonenko Azərbaycanla heç-heçəyə (1:1) görə yığmanın baş məşqçisi Sergey Rebrovu sərt şəkildə tənqid edib.

Teleqraf “Sport-Express” nəşrinə istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis ukraynalıların Bakıda olduqca zəif çıxış etdiyini bildirib:

“Əgər onun yerində olsaydım, çoxdan istefa vermişdim. Amma Rebrov sonadək oturacaq, ta ki, qovulana qədər. Onsuz da qovmayacaqlar, çünki federasiyanın prezidenti Andrey Şevçenko onun dostudur. Rebrov oyundan sonra dedi ki, iki cinah oyunçusunun zədələnəcəyini bilsəydi, Andrey Yarmolenkonu çağırardı. Həmişə bəhanə tapmaq olar. Məncə, hesab 1:1 olanda o, artıq mətbuat konfransına hazırlaşırdı. Halbuki epizodlarımız da yox idi”.

Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsinin II turunda baş tutan Azərbaycan - Ukrayna oyunundan sonra hər iki yığma qrupda ilk xalını qazanıb.

Chosen
50
teleqraf.com

1Sources