ABŞ və Avropa birjalarında əsas indekslər üzrə müsbət dinamika davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sentyabrın 11-də ABŞ fond bazarlarında “Dow Jones Industrial Average” indeksi 196,39 bənd və ya 0,43% artaraq 45 711,34 bəndə, “S&P 500” indeksi 17,46 bənd və ya 0,27% artımla 6 512,61 bəndə yüksəlib.
“Nasdaq Composite” 80,79 bənd və ya 0,37% artaraq 21 879,49 bənd, “NYSE Composite” isə 19,47 bənd və ya 0,09% artaraq 21 193,11 bənd təşkil edib. Bununla yanaşı, Kanadanın “S&P/TSX Composite” indeksi 35,28 bənd və ya 0,12% artaraq 29 063,01 bəndə çatıb.
Avropa birjalarında da əksər indekslərdə artım qeydə alınıb. “Euro Stoxx 50” indeksi 6,01 bənd və ya 0,11% artaraq 5 368,82 bənd, Böyük Britaniyanın “FTSE 100” indeksi 21,09 bənd və ya 0,23% artaraq 9 242,53 bənd, Fransanın “CAC 40” indeksi 14,55 bənd və ya 0,19% artaraq 7 749,39 bənd, İspaniyanın “IBEX 35” indeksi isə 21,70 bənd və ya 0,14% artaraq 15 023,90 bənd olub.
Almaniyanın “DAX” indeksi isə 88,68 bənd və ya 0,37% azalaraq 23 718,45 bənd səviyyəsinə enib.
Analitiklər hesab edir ki, ABŞ bazarlarında müsbət dinamika iqtisadi göstəricilərin gözləniləndən daha dayanıqlı olması ilə bağlıdır.
Avropa bazarlarında isə “DAX” indeksində eniş Almaniya iqtisadiyyatında zəif bərpa prosesləri ilə əlaqələndirilir.