EN

Türkiyədə əməliyyat keçirilib, iki telekanal nəzarətə götürülüb

Türkiyədə cinayətkar təşkilat qurmaq, qaçaqmalçılıq, dələduzluq və çirkli pulların yuyulması ilə bağlı əməliyyat keçirilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, İstanbulun Küçükçekmece Rayon Prokurorluğu tərəfindən başladılan əməliyyat çərçivəsində "Can Holding"ə daxil olan 121 şirkətə həbs qoyulub.

Həmin şirkətlər arasında "Habertürk" və "Show TV" kimi böyük media qurumları da var. Sözügedən şirkətlərin 8 yüksək vəzifəli şəxsi barəsində həbs qərarı verilib.

Chosen
50
11
xezerxeber.az

10Sources