EN

Mask qısa müddətlik “ən varlı insan” titulunu itirib


İlon Mask qısa müddətə dünyanın ən varlı adamı titulunu “Oracle”ın həmtəsisçisi və ABŞ Prezidenti Donald Trampın müttəfiqi Larri Ellisona itirib.
Yeniavaz.com
xəbər verir ki, “Bloomberg” Milyarderlər İndeksinə görə, Ellisonun sərvəti çərşənbə günü səhər 393 milyard dollara yüksələrək Maskın 385 milyard dollarını ötüb.
Bu sıçrayış, Ellisonun sərvətinin əhəmiyyətli hissəsini təşkil edən “Oracle”ın səhmlərinin 40%-dən çox artmasından sonra baş verib.
Lakin firmanın səhm qiyməti günün sonuna qədər bu qazancların bir hissəsini itirib və Maskı yenidən dünyanın ən varlı insanı olub.
Chosen
2
1
yeniavaz.com

2Sources