ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Naftalanda yerləşən sanatoriyada bədbəxt hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, “Möcüzəvi Naftalan” sanatoriyasında çalışan Goranboy rayon Tatarlı kənd sakini 1988-ci il təvəllüdlü Abbas Hüseynovu cərəyanı vurub. O, hadisə yerində vəfat edib.
Oxşar hadisə Ağdaş rayonunda da baş verib. 2014-cü il təvəllüdlü Yaqub Hacıyev yaşadığı Ağdaş şəhərindəki evin həyətində elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.