Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha dörd şəhid dəfn olunacaq.
Axar.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
İtkin-şəhidlərin hər dördü də hərbçidir.
Onlar Murad Məlikməmməd oğlu Vəliyev, Cəlal Xankişi oğlu Abdullayev, Ayaz Əsgəralı oğlu v, Vəkil Möylan oğlu Qayıbovdur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.