"Qarabağ" klubunun Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməyi onun dünya reytinqindəki yerinə də təsir edib.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi nə az, nə çox düz 38 pillə irəliləyib. Onlar 134-cü sıradan 96-cı yerə qalxıb. Azərbaycan çempionun aktivində 154,75 xal var.

"Sabah" (79,25) və "Zirə" (68) isə geriləyib. "Bayquşlar" 264-dən 302-ə, "qartallar" isə 274-dən 380-ə düşüb. 

"Araz-Naxçıvan" isə 363-cü mövqedən 355-ə qalxıb. Naxçıvan təmsilçisinin 70,25 xalı var.

Qeyd edək ki, 506 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 543 xalla liderdir.