EN

Fatih Terim Avropa ölkəsinin millisini çalışdıracaq?

Türkiyənin məşhur futbol mütəxəssisi Fatih Terimin yeni iş yeri Çexiya yığması ola bilər.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çexiya Futbol Federasiyası hazırkı baş məşqçi İvan Haşeklə yollarını ayırmağı planlaşdırır.

Haşekin komandaya rəhbərliyi altında həm Avro-2024-də, həm də DÇ-2026-nın seçmə mərhələsində uğursuz nəticələr qeydə alınıb. Bu səbəbdən federasiya yeni baş məşqçi axtarışına başlayıb.

Məlumatda bildirilir ki, namizədlər sırasında beş məşqçi yer alır və onlardan biri də "İmperator" ləqəbi ilə tanınan Fatih Terimdir.

Qeyd edək ki, təcrübəli mütəxəssisin sonuncu çalışdırdığı klub Səudiyyə Ərəbistanının "Əş-Şəbab" komandası olub.

Hüseyn
Milli.Az

Chosen
6
1
milli.az

2Sources