EN

Türkiyədə prokurorluq əməliyyat keçirdi:İKİ TELEKANAL DÖVLƏT NƏZARƏTİNƏ GÖTÜRÜLDÜ

Türkiyədə cinayətkar təşkilat qurmaq, qaçaqmalçılıq, dələduzluq və çirkli pulların yuyulması ilə bağlı əməliyyat keçirilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İstanbulun Küçükçekmece Rayon Prokurorluğu tərəfindən başladılan əməliyyat çərçivəsində "Can Holding"ə daxil olan 121 şirkətə həbs qoyulub.

 

Həmin şirkətlər arasında "Habertürk" və "Show TV" kimi böyük media qurumları da var. Sözügedən şirkətlərin 8 yüksək vəzifəli şəxsi barəsində həbs qərarı verilib.

Chosen
37
11
senzor.az

10Sources