EN

Azərbaycandakı minik avtomobillərinin 44 faizinin yaşı 20 il və yuxarıdır

31 dekabr 2024-cü il tarixinə olan məlumata görə, Azərbaycanda dövlət qeydiyyatında olmuş 1 milyon 585 min 265 ədəd minik avtomobillərinin 15,6%-nin və ya 247 min 202 ədədinin yaşı 10 ilədəkdir. O cümlədən 101 min 808 ədəd minik avtomobilinin yaşı 5 ilədək, 145 min 394 ədəd minik avtomobilinin yaşı 5-ildən 10 ilədəkdir.

Marja.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, Azərbaycanın minik avtomobilləri parkının 84,4%-nin və ya 1 milyon 338 min 63 ədədinin yaşı 10 il və daha yüksəkdir. O cümlədən, minik avtomobillərinin 636 min 821 ədədinin və ya 40,2%-nin yaşı 10 ildən 20 ilədək, 701 min 242 ədədinin və ya 44,2%-nin yaşı isə 20 il və daha yuxarıdır. 

İş axtarmaq heç vaxt bu qədər həyəcanlı olmayıb! Hər gün yeni vakansiyalar, maaşı yüksək, etibarlı elanlar - AzVak.az-da. İndi bax, fürsəti qaçırma!

azərbaycan_minik_avtomobilləri avtomobil_parkı_statistika dövlət_qeydiyyatında_avtomobillər avtomobil_yaş_statistikası 10_ilədək_avtomobillər 20_ilədək_avtomobillər köhnə_avtomobil_sayı avtomobil_yaş_strukturu dövlət_statistika_komitəsi_məlumatı marja_hesablamaları avtomobil_parkının_yenilənməsi
Chosen
33
2
marja.az

3Sources