EN

Gözəllik kraliçası dəhşətli qəzada həyatını itirib

Ajans.az xəbər verir ki,bu barədə "Blu Radio" məlumat yayıb. El Empalme şəhərindən olan Zambrano həyat yoldaşı ilə birlikdə pikap avtomobili ilə hərəkətdə olarkən onlara başqa bir nəqliyyat vasitəsi çırpılıb. Qəza nəticəsində 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onların həyatını xilas edə bilsə də, Zambranonu xilas etmək mümkün olmayıb. Qəzanın dəqiq səbəbləri hazırda araşdırılır. Şamel Zambrano 2015-ci ildə şəhər gözəllik müsabiqəsinin qalibi olmuşdu. Yaxınlarının bildirdiyinə görə, o, 2024-cü ilin dekabrında Qonzalo Kantosla evlənib və ailə həyatı qurmağı planlaşdırırdı. Səyyah olmağı sevən Zambranonun gələcəkdə doğulduğu El Empalme şəhərinin meri olmaq arzusu var idi. Qeyd edək ki, bu, son aylar Latın Amerikasında gözəllik kraliçalarının iştirakı ilə baş verən ilk faciəvi hadisə deyil. Daha əvvəl Qvatemalada San-Markos departamentinin La Blanka şəhərindən olan bir başqa gözəllik kraliçası da motosiklet qəzasında həyatını itirmişdi.

 

Chosen
47
39
Ajans.az

10Sources