1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Bu gün Bakıda biz İT texnologiyaları üzrə təhsil proqramımızla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşdük".
Oxu.Az xəbər verir ki, bu sözləri beynəlxalq İT şirkəti olan "Andersen Lab"ın Azərbaycandakı mərkəzinin açılış mərasimində şirkətin təsisçisi Aleksandr Komiç deyib.
"Hazırkı layihə 100 nəfər üçün nəzərdə tutulub. Burada İT proqramı və texnologiyaları, "JavaScript", proqramların idarə edilməsi, layihənin idarə edilməsi, hər hansı digər istiqamətlər üzrə fəaliyyət həyata keçirilir. Bununla bağlı proqramlarımız olacaq.
Rəşad Nəbiyevlə görüşdə də bir sıra əlavə təşəbbüsləri müzakirə etdik. Azərbaycanı İT sahəsində dünya miqyasında tanıtmaq niyyətindəyik", - deyə Komiç bildirib.
Söhrab İsmayıl