EN

Türkiyədə bu kanallar dövlət nəzarətinə götürüldü

İstanbul Küçükçekmece Başprokurorluğu tərəfindən aparılan genişmiqyaslı araşdırma çərçivəsində Can Holding şirkətinə bağlı 121 şirkətə əl qoyulub.

Kulis.az xəbər verir ki, holding rəhbərləri barəsində “qara pul yuma”, “qaçaqmalçılıq” və “cinayətkar təşkilat qurma” ittihamları irəli sürülüb.

Əl qoyulanc 121 şirkət arasında Show TV, Show Türk, Habertürk TV, Bloomberg HT, haberturk.com, Habertürk Radiosu, eləcə də bir çox jurnal və internet saytı da yer alır.

Qeyd edək ki,holdingin sahibi Mehmet Şakir Can, Kemal Can və Kenan Tekdağ da daxil olmaqla, ümumilikdə 8 nəfər barəsində həbs qərarı çıxarılıb.

Chosen
33
3
kulis.az

4Sources