EN

Zərdabda 22 yaşlı qızın oğurlanmasına görə daha üç nəfər saxlanılıb

Zərdab rayonunda 22 yaşlı qızın oğurlanmasına yardımçı olan daha bir neçə nəfər saxlanılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İzzət Rəhmanoğlunun qardaşı, 1996-cı il təvəllüdlü İsmət Rəhmanoğlu və onun 1968-ci il təvəllüdlü anası da saxlanılıb.

Bununla yanaşı, hadisədə onlara qaçırılan qızın 1990-cı il təvəllüdlü bacısının da yardım etdiyi müəyyənləşib. Keçirilən əməliyyat tədbirləri nəticəsində qaçırılan qızın bacısı da saxlanılıb. Hər üç şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Xatırladaq ki, dünən Zərdab rayonunun Məmmədqasımlı kəndində kənd sakini olan 22 yaşlı qız həmkəndlisi İzzət Rəhmanoğlu tərəfindən evlənmək məqsədilə oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində İ.Rəhmanoğlu saxlanılıb, qaçırılan qızın yeri müəyyən edilərək ailəsinə qaytarılıb.

Chosen
21
17
xezerxeber.az

10Sources