Xatırladaq ki, son vaxtlar tanınmış şəxslərə qarşı oxşar ittihamlar artmaqdadır. ABŞ-da məşhur komediya aktyoru Con Reep uşaqların cinsi istismarı ittihamı ilə həbs edilmiş, daha sonra zaminlə sərbəst buraxılmışdı. Həmçinin, Böyük Britaniyada "Strictly Come Dancing" layihəsinin iştirakçılarından biri zorlama və qeyri-qanuni intim görüntülərin yayılması ilə bağlı şübhəli qismində saxlanılmış, lakin adı ictimaiyyətə açıqlanmamışdı.