EN

“Kreml əvvəl dezinformasiya yayır, sonra faktlar qarşısında susur” Politoloq

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son günlər Rusiyanın Polşanın hava sahəsini pilotsuz uçuş aparatları (PUA) ilə pozması beynəlxalq aləmdə ciddi narahatlıq doğurub. Bu, Rusiyanın uzun illərdir sərgilədiyi bir siyasətin davamıdır.

Politoloq Elxan Şahinoğlunun fikrincə, bu hadisə Azərbaycanın mülki təyyarəsinin vurulması ilə paralel şəkildə qiymətləndirilə bilər. “Rusiyanın Polşanın hava sahəsini dronlarla pozması Azərbaycanın mülki təyyarəsini raketlə vurmasına bənzəyir,” – deyə Elxan Şahinoğlu bildirib.

O xatırladıb ki, Azərbaycan təyyarəsi vurulanda ilkin mərhələdə Rusiya tərəfi məsuliyyəti boynundan atmaq üçün müxtəlif dezinformasiyalar yaydı. Lakin hadisə yerində raket izləri və texniki sübutlar üzə çıxdıqdan sonra Rusiya rəsmiləri sükuta qərq oldular. “Kreml eyni siyasəti Polşaya münasibətdə də sərgiləyir. Əvvəl saytlar vasitəsilə dezinformasiya yayırlar – guya dronların Rusiya ordusuna aidiyyatı yoxdur. Amma faktlarla üz-üzə qalanda artıq susmağa üstünlük verirlər.”

Politoloq bu davranışın təsadüfi olmadığını, bunun Kremlin siyasi üslubunun bir hissəsi olduğunu qeyd edir. Onun sözlərinə görə, bu, Sankt-Peterburqun xuliqanlarla dolu küçələrinin Kremlin rəhbərliyinə "öyrətdiyi" siyasi davranış tərzidir.

“Kremlin həm mülki təyyarənin vurulmasında, həm də Polşanın hava sahəsini pozmasında siyasəti eynidir: ‘Elədiyim hərəkətə – oxu: cinayətə – görə üzr istəyən deyiləm!’”

Elxan Şahinoğluna görə, bu siyasət beynəlxalq hüququ, suverenlikləri və hava məkanının toxunulmazlığını açıq şəkildə pozur və bunun qarşısında səssiz qalmaq daha böyük təhlükələrin yolunu açır.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
63
azpolitika.info

1Sources