EN

Səkkiz ayda 300 minə yaxın şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bakı, 11 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin 8 ayında 300 minə yaxın şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 109 min şəxs münasib işlərlə təmin olunub, 14,6 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Yanvar-avqust aylarında 11 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 164,2 min şəxsə peşəyönümü xidmətlər göstərilib.

Chosen
26
6
azertag.az

7Sources