EN

Şəmkirdə ailə faciəsi ilə bağlı vəzifəli şəxsə cəza verildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şəmkir Rayon Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Qulam Qulamovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə araşdırmaları başa çatıb.
Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Həvayət Məhəmmədinin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Belə ki, həmin kənd sakini, 1993-cü il təvəllüdlü Hümbət İkram oğlu Hümbətov və 2008-ci il təvəllüdlü Pərvin Habil qızı Nəsibova ərazidə iş görən zaman ehtiyatsızlıqdan onları elektirk cərəyanı vuraraq öldürüb.
Məlumata görə, səhər saatlarında evdə yanğın olub və qısa vaxtda söndürülüb. Daha sonra ev sahibi və qohumları, eləcə də Pərvinlə Hümbət evdə təmizlik işləri görməyə başlayıblar. Bu zaman onları cərəyan vuraraq öldürüb.
Hümbət 16 yaşlı Pərvinin bacısının həyat yoldaşı imiş.
Hadisədən sonra "Azərişıq" ASC-nin mütəxəssis vəzifəsində işləyən Qulam Qulamov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Chosen
72
24
oxu.az

10Sources