EN

Vaşinqton Bakı təşəbbüskarlığının əzmkar nümunəsi

Yeniazerbaycan portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Orta Dəhliz və regional kommunikasiya quruculuğunda fəal yer alacaq

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüşüb. Görüşdə cari ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ Prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə imzalanmış sənədlərin Amerika və ölkəmiz üçün yeni perspektivlər açacağı, Naxçıvan Muxtar Respublikasına maneəsiz gediş-gəlişi təmin edəcək layihənin strateji əhəmiyyətindən bəhs edilib.

Azərbaycanın mühüm nəqliyyat-tranzit mövqeyi, Avropa və Asiyanı birləşdirən Orta Dəhliz vasitəsilə ticarət axınlarını artırmaq məqsədilə həyata keçirdiyi təşəbbüslər və infrastruktur layihələrinin əhəmiyyətinə toxunulub. ABŞ tərəfi ölkələrimiz arasında strateji tərəfdaşlığın genişləndirilməsinin Orta Dəhliz coğrafiyasında ticarət və enerji marşrutlarının şaxələndirilməsinə və region ölkələrinin rifahına xidmət edəcəyinə əminliyini ifadə edib. Bütövlükdə, bu dəhlizin genişləndirilməsi istiqamətdə atılan qətiyyətli addımlar Mərkəzi Asiya-Qafqaz və Avropa regionu ölkələri ilə strateji əlaqələrin möhkəmləndirilməsinə dərin töhfələr verəcək.

“Tramp Marşrutu” rifah körpüsünə çevriləcək

Hazırda Azərbaycan Orta Dəhlizin ən etibarlı nöqtələrindən birinə çevrilir, Şərq-Qərb istiqamətində daşınmaların tranzit qovşağı kimi beynəlxalq daşınmaların axıcılığını təmin edir. Beynəlxalq ticarət icması da Azərbaycanın bu geostrateji və coğrafi mövqeyinin əhəmiyyətliliyini nəzərə alaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) yaradılmasında xüsusi təşəbbüskarlıq göstərərək dəstək verir. Bundan başqa, Azərbaycan sərhəd-keçid sistemində ən müasir texnologiyalar tətbiq edərək gömrük rejimini asanlaşdırır, qlobal ticarət tərəfdaşları ilə gömrük dərəcələrinin aşağı salınması istiqamətində addımlar atır.

Azərbaycanın əhəmiyyətli geoiqtisadi və coğrafi mövqeyi TransXəzər-Qərb nəqliyyat habını formalaşdırır və bu logistika quruculuğu Vaşinqton tərəfindən yüksək dəyərləndirilir. Orta Dəhlizin növbəti həlqəsinə çevrilməkdə olan Zəngəzur qovşağına Amerikanın xüsusi marağı və  “Tramp Marşrutu”nun (TRIPP) ərsəyə gəlməsi də bu strateji baxışa söykənir. Bu kimi təşəbbüslərin artması, o cümlədən ABŞ-ın Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüşün keçirilməsi Orta Dəhliz və müasir kommunikasiya quruculuğunda Vaşinqton-Bakı təşəbbüskarlığının əzmkar nümunəsi kimi dəyərləndirilə bilər.

“Yaşıl enerji”nin Şərq-Qərb tranziti “ExxonMobil” sərmayə liderliyində yer alacaq

ABŞ enerji diplomatiyasının yeni gündəliyində iri dövlət şirkətlərinin aparıcı investor kimi sərmayə liderliyində təmsilçiliyi nəzərdə tutulub. Bu prosesdə SOCAR və “ExxonMobil” əsas aktor kimi yer alacaq. Tərəflər arasında əldə olunmuş anlaşmaya əsasən, mövcud olan müsbət əlaqələrin möhkəmləndirilməsi, Azərbaycanda qeyri-ənənəvi və ənənəvi neft və qaz imkanlarının dəyərləndirilməsi və bərpaolunan enerji istiqamətində potensial əməkdaşlıqlar səfərbər ediləcək. “ExxonMobil” enerji sektorunda müasir qazma texnologiyalarının tətbiqi, habelə resusrsların diversifikasiyasında ölkəmizə mühüm faydalar verməyi planlaşdırır. Azərbaycanda böyük neft yatağının kəşfi ehtimalı yüksəkdir və müasir texnologiyalar sahəsində böyük təcrübəyə malik “ExxonMobil” şirkəti ilə yeni əməkdaşlıq bu kəşfi tezləşdirə bilər. karbohidrogen tədarüklərinə beynəlxalq maliyyə təşkilatı olan “EXIM Bank”ın qoşulması isə nəql infrastrukturunun şaxələnməsində potensial maliyyəni təmin edəcək.

Mühüm anlaşmalara əsasən, ABŞ-ın biznes və səhmdar qurumlarının da Azərbaycanın investisiya mühitindən faydalanması ilə bağlı da praktiki addımlar atılmaqdadır.

ELBRUS CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
1
yeniazerbaycan.com

2Sources