EN

Yarımfinala yüksələn azərbaycanlı idmançının rəqibi müəyyənləşdi

İngiltərənin Liverpul şəhərində boks üzrə dünya çempionatı keçirilir.

Sportal.az xəbər verir ki, Səidcəmşid Cəfərov (75 kq) 1/4 final mərhələsini qələbə ilə başa vurub və yarımfinala yüksəlib. O, 1/4 finalda Pavlo İlliuşanı (Ukrayna) 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə mübarizədən kənarlaşdırıb. Nəticədə, boksçumuz azı bürünc medalı da təmin edib. Səidcəmşid yarımfinalda özbəkistanlı Fazliddin Erkinboyevlə döyüşəcək.

Görüş sentyabrın 12-də keçiriləcək. Həmin gün Alfonso Dominqesin rəqibi isə braziliyalı Santos Ribeyro Filyo olacaq.

saytlarin hazirlanmasi

Chosen
9
2
sportal.az

3Sources