EN

Klublarımızın dünya reytinqində mövqeyi dəyişib -İrəliləyən də var, geriləyən də

"Qarabağ" klubu dünya reytinqində 38 pillə irəliləyib. 

“İki sahil” xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 

154,75 xalı olan Azərbaycan çempionu 134-cü sıradan 96-cı yerə qalxıb. 

"Sabah" (79,25) 264-cü pillədən 302-yə geriləyib. "Araz-Naxçıvan" (70,25) 363-cü mövqedən 355-ə qalxıb. "Zirə" (68) isə 274-dən 380-ə düşüb. 

Qeyd edək ki, 506 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 543 xalla liderdir.

Chosen
39
14
ikisahil.az

10Sources